Artıq neçə illərdir ki, Yaponiyanın ən şimal nöqtəsində yerləşən Hokkaido adasında Kami-Shirataki qatarının ancaq bir sərnişini var. Bu sərnişin universitetə gedən tələbə qızdır. Qatar burada iki dəfə dayanır – qızı dərsə aparmaq və onu geri qaytarmaq üçün.
facebook
Bu hadisə Hayao Miyazaki filmləri kimi səslənir. Lakin CCTV News’a istinadən deyə bilərik ki, bu Yapon Dəmir Yollarının 3 il əvvəl qəbul etdiyi həqiqi qərardır. Bu qərar əslində ilk əvvəllər istifadəsiz qaldığına və olduqca uzun məsafə qət etdiyinə görə bu yolu bağlamağı nəzərdə tutmuşdu. Lakin rəhbərlik qatardan hər gün bir tələbənin istifadə etdiyini görür və qərarını dəyişdirir. Hətta qatar öz qrafikini tələbə qızın dərslərinə uyğunlaşdırıb. Adı qeyd edilməyən bu qızın Martda təhsilini başa vuracağı deyilir. Bundan sonra qatar yolu tamamilə bağlanacaq.
İnsanlar Yaponiya hökümətinin maariflənməyi hər şeydən üstün tutmalarını göstərən bu qərarı qarşısında papaq çıxarır. “Mən axı niyə mənə bu cür imkanlar yaradan bir dövlət üçün ölməyi istəməyim?” deyə bir şərh Facebookda yazılan fikirlər arasında yer alır. “Bu ədalətli idarəetmənin nümunəsidir. Hər bir vətəndaş önəmlidir. Heç bir uşaq arxaya atılmamalıdır!”

: 1 Haziran 2016 Çarşamba