Artıq ən çox funksiya ilə təchiz olunmuş kalkulyator da texnoloji inkişafın verdiyi yüksək rahatlığa öyrəşən insanlara kifayət etmir. Bizə daha asan və rahat, istədiyimiz hər şeyi edə bilən “riyazi köməkçi” lazımdır. Bu köməkçi isə indi təqdim edəcəyimiz Mathpix proqramı ola bilər.
Mathpix App Store‘dan pulsuz yükləyə biləcəyiniz, riyazi məsələləri rahatlıqla həll edən yeni proqramdır. Mathpix telefonun kamerasından istifadə edərək kəsr, inteqral, triqonometriya və sair bu kimi riyazi məsəlləri həll etməyinizə kömək edə bilir.
“Daha sürətli və asan riyaziyyat” şüari ilə yaradılan Mathpix proqramı süni intellektdə istifadə olunan dərin öyrənmə (deep learning) və ağıllı telefonların vizual tanıma texnologiyalarından istifadə edərək qurulub. Əl yazısı tanıma xüsusiyyəti də olan Mathpix, məsələlərin həllini addım-addım göstərir, qrafiklərini çəkə bilir.
Proqramdan istifadə etmək üçün lazım olan tək şey isə Mathpix-i açıb kitabda, ekranda yaxud da əl yazısı ilə yazılmış sualın telefonunuzun kamerası ilə fotosunu çəkməkdir. Stanford Universitetinin tələbəsi Nicolas Jimenez tərəfindən yaradılan Mathpix hələ ki sadəcə İOS platformalı smartfonlarda var.

: 30 Mayıs 2016 Pazartesi