Bədən dilimiz daxilimizdə baş verənlərdən hər kəsi xəbərdar edir. Bizim qorxu hissimiz, utandığımız, gizlətdiyimiz bir çox şeylər bədənimizə də təsir edir və heç də gözəl olmayan görüntü meydana çıxır: əyilmiş bel, solğun baxışlar… Bundan qaçmaq mümkün deyil.
Adme.ru vebsaytı da bir-biriylə tanış olmayan insanları studiyaya dəvət edərək, onları bu maraqlı foto-layihədə iştirak etməyə dəvət edib. İştirakçılardan özlərini narahatçılıq hiss etdikləri, qorxduqları, kompleks keçirdikləri vaxtları xatırlamaqları istənilib. Onlar bu ruh halına düşdükdə fotoları çəkilir və daha sonra sevincli anlarını xatırlamaları tələb edilir. Bu anlar da fotolara həkk edilir. Fotolara siz də baxanda hiss edəcəksiniz ki, insanın özünü necə görməsi və hiss etməsi birbaşa görünüşünə təsir edir. Özünüzə inamlı olun!











: 1 Haziran 2016 Çarşamba