Turistlər üçün Avropanın ən ucuz 20 şəhəri                                                  Bu il tətilini Avropada keçirmək istəyən, lakin çoxlu pul xərcləmək istəməyənlər üçün “Price of Travel” səyahət saytı Avropada gəzmək üçün ən ucuz şəhərlərin siyahısını tərtib edib. Siyahı tərtib olunarkən, mərkəzdə və yaxud mərkəzə çox yaxın olan 3 ulduzlu otellərin bir gecəlik qiymətləri əsas götürülüb. Bundan başqa, taksi qiymətləri, turistik ərazilərə giriş qiymətləri, gündəlik qidalanma xərcləri də nəzərə alınıb. “Üç Ulduzlu Səyahət İndeksi” adlandırılan siyahıya Avropanın 20 şəhəri daxil edilib.   
1. Buxarest, Rumıniya – 43,80 dollar
2. Sofiya, Bolqarıstan – 44,71 dollar
3. Kiyev, Ukrayna – 46,35 dollar
4. Çeski Krumlov, Çexiya – 49,10 dollar
5. Sarayevo, Bosniya və Herseqovina – 50 dollar
6. Sankt-Peterburq, Rusiya – 50, 48 dollar
7. Budapeşt, Macarıstan – 51,06 dollar
8. Krakov, Polşa – 52,36 dollar
9. Belqrad, Serbiya – 53,52 dollar
10. Split, Xorvatiya – 62,08 dollar
11. Zaqreb, Xorvatiya – 64,92 dollar
12. Vilnus, Litva – 65,88 dollar
13. Bratislava, Slovakiya – 68,39 dollar
14. Santorini adası, Yunanıstan – 69,49 dollar
15. Riqa, Latviya – 69, 94 dollar
16. Tenerife, İspaniya – 70,05
17. Praqa, Çexiya – 74,67 dollar
18. İstanbul,Turkiyə – 77,07 dollar
19. Varşava, Polşa – 77,66 dollar
20. Moskva, Rusiya – 77,71 dollar


: 10 Haziran 2016 Cuma