Vəli Babayev (Vəli Baba) Naxçıvanda yaşayan 18 yaşlı istedadlı fotoqrafdır.
Fərqi yoxdur, virtual ya real – Vəlini tanıdığınız, çəkdiyi fotolara baxdığınız
ilk andan bu işi nə qədər çox sevdiyini və gördüklərini necə fərqli canlandırdığını hiss edəcəksiniz. Səmimiyyəti, istiliyi, doğmalığı fotolarına əks etdirir bu oğlan. Hər dəfə öz doğma torpaqlarının bizə görünməyən tərəflərini göstərir – məhz bu da onun bir fotoqraf
kimi fərqliliyidir.Biz də ondan Naxçıvanı bizə fotolarla tanıtmağı xahiş etdik. Bizim Vəli də çəkdiyi çox gözəl fotolarla Nəqşi Cahana tamam fərqli gözlərlə baxmağı öyrətdi.
Naxçıvanın küçələri, insanları, təbiəti – bir sözlə, bu fotolardan sonra hər kəs Naxçıvana getmək istəyəcək. Biz isə elə bu payız ora yola düşəcəyik!









P.S.Daha çox foto üçün V.Babayevin instagram səhifəsinə baxa bilərsiniz > VELIBABAYEV


: 27 Mayıs 2016 Cuma