Almaniyada tətildə olan Timm və Michael adlı ata-oğul “Deichhörnchen” kəlməsinin mənasını öyrənmək istəyir, ancaq olduqları yerdə internet olmadığı üçün başqa variantlar axtarmağa başlayırlar. Nəticədə Google’a köhnə üsulla sual vermək qərarına gəlir və şirkətin Hamburg ofisinə məktub göndərirlər.


“Salam Google,
Təəssüflə qeyd etmək istəyirik ki, hal hazırda olduğumuz yerdə internetə daxil olmaq imkanımız yoxdur və olduqca çətin vəziyyətdəyik. Hal-hazırda düşərgədəyik və bir sözün hansı mənaya gəldiyini öyrənmək istəyirik. “Deichhörnchen” haqqında hər şeyi öyrənmək istəyirik. Nə olduğunu, harada yaşadığını və nə yediyini  – yəni, bildiyiniz hər şeyi bizimlə bölüşməyinizi istəyirik.
Məktub yazsaq da, başa düşürük ki, sizin gəliriniz reklamdan olur. Xahiş edirik, məktubun içərisində reklamlarınızı da əlavə edin.
Təşəkkürlər.”



Google da bu ata-oğula 7 gün ərzində cavab verir… Ancaq məlum olur ki, məktubda söz səhv yazılıbmış. Google da bu səhvi “did you mean” yəni “bu sözü nəzərdə tutursunuzmu?”deyərək, “sincab” haqqında açıqlama yazır.
“Sevgili Timm ve Michael,
Araşdırmaya və öyrənməyə olan marağınız üçün sizə təşəkkür edirik. Bu sözü nəzərdə tuturdunuzmu ? (Eichhörnchen) Sincab.
Vikipedia: Yaşamaq üçün uyğun ərazisinin azalması səbəbiylə nəsli tükənmiş olan qara sincabdır.
Reklamlar: Əgər bir probleminiz olsa, Google’dan soruşun. Mümkünsə internet vasitəsilə…
Ümid edirik yay düşərgəniz əyləncəli keçir.
Google offline komandası (Beta versiya)”


: 24 Mayıs 2016 Salı